Sayt rəhbərinin ölkədən çıxışına icazə verilib

Foto: İmran Əliyevin şəxsi arxivindən

İmran Əliyev texniki problem olduğunu deyir

Meclis.info” saytının təsisçisi İmran Əliyev dünən – iyulun 1-də ölkədən buraxılmayıb və çıxışına qadağa qoyulduğu deyilib.

Bu barədə İmran Əliyev özü məlumat yayıb: “Sərhəd xidmətində bildirdilər ki, qadağa Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qoyulub. Qadağanın nə ilə bağlı olduğunu izah etmədilər. Bildirdilər ki, 5-ci kateqoriyadı, vəssəlam”.

İmran Əliyev və yaxınları da DİN-dən qadağanın nə ilə bağlı olduğunu öyrənə bilmədiklərini bildiriblər: “Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənməyə çalışdıq, məlumatsız olduqlarını, bir söz deyə bilmədiklərini dedilər”.

İyulun 2-də isə İmran Əliyevə qoyulan qadağanın aradan qaldırıldığı deyilib.

İmran Əliyev deyir ki, məsələ həllini tapıb və məhdudiyyət texniki problemlə bağlı olub.

Daxili İşlər Nazirliyindən İmran Əliyevin ölkədən çıxış qadağasının səbəbi ilə bağlı məlumat almaq mümkün olmayıb.

İmran Əliyevlə 3 ay öncə, martın 29-da əlaqə kəsilmişdi.

Bir gün sonra məlum oldu ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Həmin vaxt İmran Əliyev Meydan TV-yə saxlanılmasını təsdiqləsə də, detallarına toxunmamışdı.

Ana səhifəXəbərlərSayt rəhbərinin ölkədən çıxışına icazə verilib