Sayt redaktoru məhkəmə zalından azadlığa buraxılıb

Vəkil: ”Məhkəmə bəraət hökmü verməli idi”

Source:


Vəkil: ”Məhkəmə bəraət hökmü verməli idi”

Martın 1-də Sumqayıt Apelyasiya Məhkəməsi böhtanda təqsirləndirilərək həbs edilən “realliq.az” saytının redaktoru İkram Rəhimovu və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzovu məhkəmə zalından azadlığa buraxıb.

Məlumatı vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yayıb.

Vəkil bildirib ki, apelyasiya şikayətində İ.Rəhimov və R.Novruzova bəraət verilməsi istənilirdi. Məhkəmə şikayəti qismən təmin edib. Jurnalistə və onun mənbəsinə 9 ay müddətinə islah işləri cəzası təyin edilib. Hər iki şəxs cəzasını çəkmiş sayıldığından məhkəmə zalından azadlığa buraxılıb.

Amma Elçin Sadıqov qərarla razı olmadıqlarını deyib:

“Məhkəmə bəraət hökmü verməli idi. Qərardan Ali Məhkəməyə şikayət ediləcək. Ali Məhkəmə bəraət verməzsə, Avropa Məhkəməsinə şikayət olunacaq”.

“Realliq.az” saytının redaktoru

İkram Rəhimov

və Rəhman Novruzov Sumqayıtdakı “Ucuz market” ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunublar. İ.Rəhimov R.Novruzovun ticarət rəhbərinin şəhərin icra hakimiyyəti başçısına rüşvət verməsi haqqında şikayət məktubunu dərc edib.

Sumqayıt şəhər Məhkəməsi həm jurnalisti, həm də məktub müəllifini Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il iş kəsib.

Ana səhifəXəbərlərSayt redaktoru məhkəmə zalından azadlığa buraxılıb