Müxalifət liderləri siyasi mühacirlərlə bağlı dindirilirlər. Aprelin 21-də AXCP sədri Əli Kərimli Baş Prokurorluqda təxminən 4 saat ifadə verib. Bundan 2 ay əvvəl Müsavat partiyasının keçmiş və hazırki liderləri İsa Qəmbər və Arif Hacılıdan da eyni məsələ ilə bağlı ifadə alınıb. “Saxta sənəd alveri”nin arxasında nə dayanır? Nəyə görə xarici ölkələrin dövlət qurumlarına təqdim olunan sənədlər Azərbaycanda araşdırılır? Partiya vəsiqəsi ilə xarici ölkələrdə oturum izni almaq mümkündürmü? BMT-nin Qaçqınlar üzrə Konvensiyası baxımından bu istintaq nə dərəcədə qanunidir? Bu və digər məsələləri AXCP sədrinin müavini Gözəl Bayramlı və Azərbaycan vətəndaşlarının ən çox mühacirət etdiyi Almaniyadan miqrasiya üzrə mütəxəssis Əlövsət Əliyevlə müzakirə edirik. ƏN ƏSASI Sevinc Osmanqizi ilə.