Saxlanılan şəxsin qohumu: “Onun uşaqlarına kim baxacaq?!” (VİDEO)

“İndi kim baxacaq bu uşaqlara ? Mənim üstümə tullayıb gediblər. Tutulan qardaşım oğludur. Bilmirəm nəyə görə saxlanılıb. İndi anası uşaqları üstümə tullayıb ki, ataları tutulub, mən baxa bilmirəm, işləmirəm eləmirəm. İndi bir də durub gedəcəm şöbəyə. Bu dəfə də buraxmasalar, təzyiqim qalxıb, özümü öldürüb ora yıxacam”-Gülarə Abbasova saxlanılan qohumu Vüqar Abbasovdan narahatdır.

Bəhruz Hacıyevin Mingəçevir Polis Şöbəsində baş verən ölüm hadisəsinə etiraz olaraq keçirilən aksiyadan sonra 21 nəfər saxlanılıb. Şöbə rəisi Ələsgər Bədəlov Meydan TV-yə bildirib ki, bir müddətdən sonra onların bir neçəsi sərbəst buraxılıb və hazırda 15 nəfər şöbədə saxlanılır. Saxlanılan şəxslərin içərisində 3 uşaq atası Vüqar Abbasov da var. Onun qohumu Gülarə Abbasova deyir ki, qohumu azad olunmasa, onun uşaqlarına kim baxacaq ?!

Ana səhifəVideoSaxlanılan şəxsin qohumu: “Onun uşaqlarına kim baxacaq?!” (VİDEO)