Nüfuzlu mükafata üç namizəd arasında Azərbaycanın ən məşhur hüquq müdafiəçisi Leyla Yunus da var
Fikir azadlığı üzrə Saxaraov mükafatının qalibinin elan olunması oktyabrın 21-nə kimi təxirə salınıb. Qalib oktybarın 16-da elan olunmalı idi. Bu barədə “Azadlıq” radiosu öz mənbələrinə istinadla məlumat yayıb.
Təxirə salınmanın səbəbi məlum deyil. Bu nüfuzlu mükafata üç namizəd arasında Azərbaycanın ən məşhur hüquq müdafiəçilərindən biri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da var.
Saxarov mükafatı hər il dünyada insan hüquq və azadlıqlarının müdafiəsində böyük xidmətlərə görə verilir.