Şavkat Mirziyoyev yenə Özbəkistanın prezidenti oldu

Foto: Reuters

Onun daha iki 7 il Özbəksitanı idarə edəcəyi bildirilir

İyulun 9-da Özbəkistanda prezident seçikləri keçirilib.

Prezident seçkilərinin ilkin nəticələrinə görə, Şavkat Mirziyoyev 13 milyon 625 mindən çox, 87,05 faizdən çox səs toplayıb.

Bu barədə iyulun 10-da Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə məlumat verilib.

Yeni konstitusiya, rəsmilərin fikrincə, hazırkı prezidentin əvvəlki iki müddətini avtomatik olaraq “sıfırlayır”.

Əsas qanuna görə, 66 yaşı olacaq Şavkat Mirziyoyev daha iki yeddi il müddətinə və ya ömürlük vəzifəsində qala bilər.

“Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə, seçki kampaniyası zamanı Ş.Mirziyoyevin 3 rəqibi var idi, ancaq onlar fəal olmayıblar.

Özbəkistanın rəsmi mənbələrinin məlumatında Ş.Mirziyoyevi Azərbaycanın, Tacikistanın, Türkiyənin, Türkmənistanın, Qazaxıstanın və Rusiyanın dövlət başçılarının təbrik etdikləri bildirilir.

İyulun 10-da ATƏT-in beynəlxalq müşahidəçiləri mətbuat konfransı keçirərək seçki prosesi haqda hesabatlarını açıqlayacaqlar.

Ş.Mirziyoyev 2016-cı ildə İslam Kərimovun vəfatından sonra prezident postuna keçib.

Ona qədər 13 il baş nazir olub.

Hakimiyyətə gələndən sonra Ş.Mirziyoyev pambıq tarlalarında məcburi əməyi ləğv edib, ölkəni turizm və investisiyaya açıb, məhdud media azadlıqlarına imkan verib.

Onu daha çox 2022-ci ilin iyulunda Qaraqalpaqıstanda azlıqların etirazının yatırılmasında tənqid edirlər.

Ana səhifəDünyaŞavkat Mirziyoyev yenə Özbəkistanın prezidenti oldu