Tofiq Həsənlinin vəsatətləri təmin edilməyib
Sentyabrın 8-i Bakı Apelyasiya Məhkəməsində həbsdəki satirik şair Tofiq Həsənlinin işgəncə iddiası üzrə şikayətə baxılıb.
Satirik şair prosesdə iştirak etməyib.
Vəkil Zibeydə Sadıqova Meydan TV-yə deyib ki, məhkəmədəki çıxışında satirik şairin saxlanılarkən işgəncə gördüyünü, bunu isbat etmək üçün aşağı məhkəmənin gərəkli addımları atmadığını bildirib.
Vəkil işgəncə iddiasının dürüst araşdırılması üçün məhkəmə qarşısında bir neçə vəsatətlə çıxış edib.
Vəsatətlərin heç biri təmin edilməyib.
Hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə heyəti apelyasiya şikayətini də rədd edib.
Vəkil Zibeydə Sadıqova qərarı aldıqdan sonra Avropa Məhkəməsinə şikayət edəcəklərini söyləyib.