Sarkisyanın xanımı: Mehriban Əliyeva müharibəni özü hiss etsəydi…

Ermənistanın birinci xanımı Mehriban Əliyevadan danışdı

Source:
Rita Sarkisyan və Mehriban Əliyeva
Rita Sarkisyan və Mehriban Əliyeva


Ermənistanın birinci xanımı Mehriban Əliyevadan danışdı

“Mənə elə gəlir ki, Azərbaycanın birinci xanımı da bunu özü hiss eləsəydi, müharibə çoxdan qurtarardı”.

Bu sözləri Ermənistanın birinci xanımı Rita Sarkisyan Yerevanda Veteranlar Şurasının üzvləri ilə görüşündə deyib. Məlumatı AzadlıqRadiosunun Ermənistan xidməti yayıb.

Görüşdə birinci xanım Dağlıq Qarabağdakı hərbçilərin sosial vəziyyəti, yaşayış şəraiti ilə bağlı sualı da cavablandırıb:

“Mənim özüm müharibə vaxtı Qarabağda idim. Müharibənin nə olduğunu öz həyatımda hiss eləmişəm. Bombalardan biri qonşumuzun evinə düşdü, mənə çox pis təsir elədi, bu, dəhşətli idi.

Mənə elə gəlir ki, əgər Azərbaycanın birinci xanımı da bunu özü hiss eləsəydi, müharibə çoxdan qurtarardı”.

Rita Sarkisyan Xankəndidə anadan olub.

Qarabağ münaqişəsi yenidən 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

İndiyədək BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması və qaçqınların geri qaytarılması ilə bağlı qəbul etdiyi qətnamələrin heç biri hələ də yerinə yetirilməyib.

Ana səhifəXəbərlərSarkisyanın xanımı: Mehriban Əliyeva müharibəni özü hiss etsəydi…