Günahkar bilinəcəyi təqdirdə, onu 12 il həbs gözləyir
Ermənistanın Baş prokurorluğu
ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyanın adı hallandığı cinayət işini bərpa edib.
Cinayət hadisəsi 11 il bundan əvvəl baş verib.
Söhbət Yerevan sakini Simonyan soyadlı şəxsin 2007-ci il aprelin 1-də odlu silahdan açılan atəşlə yaralanmasından gedir.
Həmin gün Gevondyan soyadlı bir şəxs polisə gələrək, küçədən tapança və patronlar tapdığını, sonradan isə təsadüfən dostunu yaraladığını bildirib. Cinayət işini tərəflərin barışığa gəlməsi səbəbindən bağlayıblar.
Lakin, 2018-ci il iyunun 29-da zərərçəkən Simonyan polisə müraciət edərək, 11 il bundan əvvəl ona atəş açanın Ayk Sarkisyan olduğunu bildirib və deyib ki, həmin an, A.Sarkisyan narkotiklərin təsiri altında olub. Simonyan bildirib ki, hadisə A.Sarkisyanın qardaşı Nareka Sarkisyanın evində baş verib. Simonyanın sözlərinə görə, onu xəstəxanaya çatdırıblar və hadisəni danışacağı təqdirdə öldürəcəkləri ilə hədələyiblər.
Simonyanın polisə etirafından sonra Baş prokurorluq cinayət işıini bərpa edib. Günahın sübut ediləcəyi təqdirdə, A.Sarkisyanı 12 ilə qədər həbs gözləyir. Hazırda A.Sarkisyanın həbs edilib edilməməsi barədə məlumat verilmir.