Saray sakinləri su probleminə görə yolu bağlayıblar

Sakinlər problemin həll olunmasını tələb ediblər

Source:


Sakinlər problemin həll olunmasını tələb ediblər

Abşeron rayon Saray qəsəbəsinin sakinləri avtomobil yolunu bağlayıblar.


“Bizim yol”

saytının verdiyi xəbərə əsasən, etiraz aksiyasına səbəb, qəsəbədə son bir neçə gündə həllini tapmayan su problemidir.

Post patrul və yol polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb, nəqliyyatın hərəkətini bərpa ediblər.

İyulun 2-i və 3-də Mingəçevirdə “Azərbaycan İES”də baş verən yangın nəticəsində ölkənin əksər hissəsi elektrik enerjisiz qalıb. Nəticədə yaşayış məntəqələrinə içməli suyun verilməsi də bir müddət dayandırılıb. Sonradan əksər ərazilərdə içməli suyun verilməsi bərpa edilsə də, sosial şəbəkələrdə hələ də suyun verilmədiyi ərazilərin qaldığı qeyd edilir.

Ana səhifəXəbərlərSaray sakinləri su probleminə görə yolu bağlayıblar