Bu barədə məlumatı APA yayıb. Bildirilir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbilhəsənov yaşadığı evdə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.
Cinayəti törətməkdə şübhəli bilinən Laçın rayonundan məcburi köşkün Fədail Hüseynov saxlanılıb.