Samir Şərifov: ”Hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq”

”Lüzumsuz xərclərə imkan verməməliyik”

Source:
Maliyyə naziri Samir Şərifov
Maliyyə naziri Samir Şərifov
Maliyyə naziri Samir Şərifov
Maliyyə naziri Samir Şərifov

“Biz israfçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik”. Bu sözləri APA-ya maliyyə naziri Samir Şərifov bildirib.

“Maliyyə Nazirliyi tərəfindən bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq”, – deyə nazir qeyd edib.

Ana səhifəXəbərlərSamir Şərifov: ”Hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq”