Samir Şərifov: ”Dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib”

”1,4 mlrd. manata yaxın xəzinə qalığının büdcə kəsirinin örtülməsi üçün istifadəsi nəzərdə tutulur”

Source:
Samir Şərifov


”1,4 mlrd. manata yaxın xəzinə qalığının büdcə kəsirinin örtülməsi üçün istifadəsi nəzərdə tutulur”

Fevralın 23-də Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin yenilənmiş layihəsinin müzakirəsi başlayıb.

Parlamentin plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib: “Birincisi, son 18 ayda neftin qiymətinin 4 dəfədən çox azalmasıdır ki, bu da dövlət və icmal büdcələrin proqnozlaşdırılan gəlirlərini azaldıb. İkincisi, dekabrda manatın devalvasiyası və milli valyutanının üzən məzənnə rejiminə keçidi xarici valyutada ifadə edilmiş xərclərin nisbətsizliyinə gətirib çıxarıb”.

Nazir qeyd edib ki, ötən il mənfi şokları nəzərə almaqla büdcə xərclərində qənaətə başlanılıb.

“2015-ci ilin büdcəsinin icrası zamanı bir sıra maddələr üzrə vəsaitə qənatə edilib. Dövlət büdcəsinin 1,4 mlrd. manata yaxın xəzinə qalığı mövcud olub ki, həmin xəzinə qalığının büdcə kəsirinin örtülməsi üçün istifadəsi nəzərdə tutulur”, – deyə S.Şərifov əlavə edib.



trend, report.az

Ana səhifəXəbərlərSamir Şərifov: ”Dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib”