Ramiz Mehdiyev Əfv Komissiyasının sədri vəzifəsindən çıxarıldı

Ramiz Mehdiyev 2019-cu ilin 23 oktyabr tarixində Prezident Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

Source: google.az


Prezident İlham Əliyev Əfv Komissiyasının tərkibində dəyişiklik edib

Ölkə baçısının sentyabrın 8-də imzaladığı sərəncamla Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyev komissiyanın sədri təyin

edilib

.

Sərəncama görə, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili işlər naziri Vilayət Eyvazov, Dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, deputatlar Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva komissiyanın üzvü təyin ediliblər.

Əfv Məsələləri Komissiyasının Əsasnaməsi 2001-ci ildə təsdiq

edilib

.

Bu günə qədər komissiyanın sədri AMEA-nin prezidenti Ramiz Mehdiyev idi.

Ramiz Mehdiyev 2019-cu ilin 23 oktyabr tarixində Prezident Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

Ramiz Mehdiyevlə yanaşı, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Ukraynadakı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllim) Komissiyanın tərkibindən çıxarılıblar.

Ana səhifəSiyasətRamiz Mehdiyev Əfv Komissiyasının sədri vəzifəsindən çıxarıldı