Samir Əliyev: Türkiyənin iqtisadi sabitliyi təhlükə altına düşür

“S&P” şirkəti Türkiyənin reytinq listində “BB+”dan “BB -” səviyyəsinə endiyini açıqlayıb

Source:


“S&P” şirkəti Türkiyənin reytinq listində “BB+”dan “BB -” səviyyəsinə endiyini açıqlayıb

“Türkiyə artıq çətin iqtisadi dövrə qədəm qoyur. Xarici borcun artması, investisiyaların ölkədən çıxarılması, tədiyyə balansının pisləşməsi ölkənin iqtisadi sabitliyini təhlükə altına salır”.

Bu haqda iqtisadçı ekspert Samir Əliyev Facebook səhifəsində

iyulun 20-də “Standart & Poor’s”(S&P) qlobal reytinq şirkətinin Türkiyənin çevriliş cəhdindən sonra reytinq listində “BB+”dan “BB -” səviyyəsinə (“zibil” səviyyəsi) endiyinə dair verdiyi açıqlamasını

şərh edərək yazıb.

S.Əliyev qeyd edib ki, “Moody” investorlar xidməti və “Fitch ” reytinq şirkəti də çevriliş cəhdinin Türkiyənin investisiya mühitinə vurduğu zərərin qiymətləndirilməsini aparır: “Bu reytinq şirkətlərinin də oxşar addım atması gözləniləndir”.

ABŞ-ın “The Wall Street Journal” qəzeti isə yazıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məşvərətçisi Bülənt Gedikli Twitter səhifəsində ölkənin iqtisadi durumunu müdafiə edərək, “S&P” şirkətinin açıqlamasını “məntiqsiz” adlandırıb.

“S&P” şirkətinin dünyanın 26 ölkəsində nümayəndəliyi fəaliyyət göstərir. Şirkət 150 ildən artıqdır müxtəlif ölkələrdə kredit reytinqlərinin hazırlanması ilə məşğuldur.

Ana səhifəXəbərlərSamir Əliyev: Türkiyənin iqtisadi sabitliyi təhlükə altına düşür