Samir Əliyev: Neftin qiymətinin 60 dollardan götürülməsi, risklidir

İlham Şaban: “Azərbaycanın Neft Fondu kimi təhlükəsizlik “yastığı” var”

Source:


İlham Şaban: “Azərbaycanın Neft Fondu kimi təhlükəsizlik “yastığı” var”

2019-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 1 barrelinə görə 60 dollar nəzərdə tutulub.

Bunu Meydan TV-ə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

2018-ci il üçün dövlət büdcəsində ilkin olaraq neftin qiyməti 45 dollardan hesablansa da, dünya bazarlarında “qara qızılın” qiymətlərinin artması ilə əlaqədar, may ayında Azərbaycan hökuməti büdcəyə dəyişiklik edərək, 55 dollardan hesabladı.

Hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barrelinə görə qiyməti 78 dollardır. Ümumilikdə 2018-ci ilin 10 ayı ərzində neftin qiyməti 64-82 dollar arasında dəyişib.

“Uoll Stritin” mütəxəssislərinin 2019-cu il üçün proqnozlarına əsasən, “Brent” markalı neftin orta qiyməti 64 dollar

olacaq.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, beynəlxalq fondlar, təşkilatlar 2019-cu il üçün neftin qiymətinin 70-80 dollar civarında olacağını deyiblər, sirkətlər öz növbəsində 60-65 dollar ətrafında götürüblər.

İlham Şaban qiymətin 2014-cü ilin sonunda enməsinin yendiən təkrarlanacağı təhlükəsindən narahat deyil:

“Qiymətlər düşsə belə, Azərbaycanın Neft Fondu kimi təhlükəsizlik “yastığı” var, istifadə olnacaq”.

Samir Əliyev
Samir Əliyev

İqtisadçı Samir Əliyev bildirib ki, hazırkı qiymət nəzərə alınsa, 60 dollar konservativ qiymət kimi dəyərləndirilə bilər.

Onun fikrincə, bu qiymət bir qədər risklidir. İqtisadçı deyib ki, mövcud hadisələr neftin qiymətinin artacağı ehtimalını gücləndirsə də, amma heç kim qiymətin enməyəcəyinə də zəmanət verə bilməz.

“Məncə, 50 dollar daha məqbuldur. Əgər gələn il neftin qiyməti yüksək olarsa, hökumət may ayında büdcəyə dəyişiklik etməklə, qiymətə uyğun xərcləri tənzimləyə bilər. Ona görə 50 dollar daha münasib olardı. Bu, riski azaltmaq üçün vacib idi”.

Samir Əliyev neftin qiymətinin enəcəyi halda hansı təhlükələrin yaranacağı barədə suala belə cavab verib:

“Azərbaycanın ən böyük təhlükəsizlik “yastığı” Neft Fondudur. Mərkəzi Bankın valyuta ehtiyatı 2014-cü ildə 15 milyarda yaxın idi, neftin düşməsinə az zaman qalırdı. Bu məbləğin 10 milyardı xərcləndi, indi 5 milyarddır. Yəni Neft Fondu və Mərkəzi Bankın ehtiyatları ölkənin strateji valyuta ehtiyatını təşkil edir. Nə qədər ki, fondun vəsaitləri var, Azərbaycan düşdüyü vəziyyətdən çıxa biləcək. 2016-cı ildə də fond manatın saxlanılmasına dəstək verdi. Elə Neft Fonduna görə ölkəyə kreditlər verirlər. Yəni neftin qiyməti ucuzlaşarsa, 3-4 il ölkə istisadiyyatını sabit saxlamaq olar. Ancaq hər bir halda fondun vəsaitlərinə arxayınlaşmaq olmaz, mütləq alternativ mənbələr tapılmalıdır. Çox təəssüf ki, alternativ kanallar işləmir, Mərkəzi Bankın ehtiyatları da azdır”.

Ana səhifəXəbərlərSamir Əliyev: Neftin qiymətinin 60 dollardan götürülməsi, risklidir