”460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək”
İqtisadçı Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə “Bank Standart”ın lisenziyasının ləğv edilməsi ilə bağlı “Facebook”da status yazıb.
İqtisadçı bildirib ki, nəhayət ki ölü banka süni nəfəs verməyin mənasızlığını qəbul edib “Bank Standard”ı bağladılar: “Bu bankı son illər bağlanan ən böyük bank saymaq olar. Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb. Əlbəttə 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara, ya da yastıq altına yönələcək. Bu da dollara tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir”.