Şamil Abduləliyev ''kars''a salınıb

Vəkil onun hakimə etiraz etdiyi üçün cəzalandırıldığını güman edir

Nardaran hadisələri zamanı həbs edilmiş Şamil Abduləliyev 15 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilən gün “kars”a salınıb.

Bu barədə vəkil Zibeydə Sadıqovaya məhbusun qohumları məlumat verib.

14,5 il azadlıqdan məhrum olunan Şamil Abduləliyev 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatdan sonra həbs olunub. Z.Sadıqova deyir ki, ötən ilin dekabrında Şamil Abduləliyevin anası onun həbsinə dözməyərək vəfat edib. 

Vəkil Z.Sadıqova Ş.Abduləliyevin 26 noyabr olayları zamanı yaralandığını və bədənində 2 güllənin hələ qaldığını bildirib. 

20 iyul 2017-ci il tarixində Apelyasiya Məhkəməsində Nardaran hadisələrində həbs olunan şəxslərin şikayətinə baxılarkən hakimlə təqsirləndirilən şəxslər arasında insident yaşanıb. Şamil Abduləliyev də hakimə etiraz edənlərdən olub. Vəkil güman edir ki, onu buna görə “kars”a salıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5dx01c

Ən çox baxılan