Şaman ovu: Rusiyada “Putini qovacağını” vəd edən adamın tərəfdarlarına təzyiq davam edir

Qabışevin 51 yaşı var, ali humanitar təhsil alıb, amma ixtisası üzrə heç vaxt işləməyib. Martda başlayan yürüşünə qədər süpürgəçi, daha əvvəlsə qaynaqçı işləyib.

Source: vk.com/shamanidet


“Novaya qazeta”

nın materialları əsasında


Təzyiq özünü nədə göstərir

Özünü ağ maq adlandıran, Rusiyanı prezident Putinin “iblisanə hakimiyyətindən” xilas etməyə söz vermiş adam artıq neçə gündür ki, ev həbsindədir. Göründüyü kimi, onun tərəfdarlarına təzyiq davam edir: bu dəfə Sibirin İrkutsk şəhərində dörd adam saxlanılıb. Hərçənd onları tezliklə azad ediblər. Bu bir ay ərzində özünü şaman adlandıran Aleksandr Qabışevin adı ilə bağlı üçüncü saxlanmadır.

Magiyanın köməyi ilə “Putini qovmağı” vəd edən şamanı sentyabrın 19-na keçən gecə

saxlayıblar

.

Şamanı Yakutska təyyarə ilə qaytarıblar və bu şəhərdə psixiatriya xəstəxanasına “çatdırıblar”, hərçənd hüquq müdafiəçiləri onu orda tapa bilməyiblər.

Hələ əvvəllər, sentyabr ayında şamanın tərəfdarlarını Buryatiyada saxlayıblar. Bu, orada yerli əhalinin etirazına səbəb olub: sentyabrın 9-da bu respublikanın mərkəzi şəhəri Ulan-Udedə saxlanılanların buraxılması ilə bağlı rezonans doğuran

aksiyalar keçirilib

.


Şaman haqqında nə məlumdur

Özünü şaman adlandıran Aleksandr Qabışev Yakutiya (bu, Rusiyanın uzaq Şimalıdır) sakinidir. O, sentyabrın 19-da saxlanılanadək artıq yarım ildir ki, Sibir magistral yolu boyu piyada gedib. Qabışev 2021-ci ildə Moskvaya çatmağı və Rusiyanı indiki prezidentindən xilas etməyi vəd edir. Şaman Putini qara qüvvələrin törəməsi adlandırır.

Qabışevin 51 yaşı var, ali humanitar təhsil alıb, amma ixtisası üzrə heç vaxt işləməyib. Martda başlayan yürüşünə qədər süpürgəçi, daha əvvəlsə qaynaqçı işləyib.

“Demokratiya qorxusuz olmalıdır. İndi adamlar danışmağa qorxurlar, onlar işsiz, maaşsız qalacaqlarından çəkinirlər. Çünki bizim dövlət gücümüz özbaşına, iblisanədir. Xalq süni şəkildə depressiyaya salınıb. Təbib təbii depressiyanı birnəfəsə sağalda bilər, sünisinin öhdəsindən isə təkcə cadugərlik gələr. Cadugər öz qorxu illüziyasını, depressiyasını bütün ölkəyə yayıb, amma mənim kimi ağ cadugər bu şeytan əməlinin öhdəsindən gələ bilər. Burda siyasətçi gücsüzdür, cadugərliyi cadugərliklə aradan qaldırmaq olar”, – Aleksandr “Azadlıq” radiosuna

reportajında

öz baxışlarını bölüşüb.


Onun tərəfdarları çoxdurmu

Qabışev hazırda 2 min kilometrdən çox yol qət edib. O, yolda moizələr oxuyub və yerli sakinlərlə, yoldan keçən maşınların sürücüləri ilə fəal şəkildə ünsiyyət qurub. Qabışevin marşrutu boyu bir neçə mitinq keçib ki, yerli

KİV

onları kütləvi adlandırıb.

Qabışevin yolda görüşdükləri adamların çəkdikləri

videoçarxlar

günü-gündən daha çox baxılır.

Şamanla görüşən jurnalistlər və blogerlər deyirlər ki, Qabışev gün ərzində onu yol kənarında getdiyini görüb maşınlarını saxlayan onlarla sürücü ilə ünsiyyət qurub. Bu görüşlər Moskva istiqamətində gedən nəqliyyatın sürətini xeyli azaldıb.


Qabışevı nə gözləyir

Hakimiyyət Qabışevi ekstremist çağırışlarda günahlandırır. “Rusiya Federasiyasının prezidenti V.V.Putinə münasibətdə zorakı hərəkətlərə açıq çağırış”a görə, – ekspertiza şamanın sözlərində bunu aşkarlayıb, – Qabışevi cərimə, icbari iş, ya dörd il həbs cəzası gözləyir.

Ana səhifəDünyaŞaman ovu: Rusiyada “Putini qovacağını” vəd edən adamın tərəfdarlarına təzyiq davam edir