Tofiq Qasımov vəkili və hüquq müdafiəçiləri ilə görüş istəyir
Salyan rayonunda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emin Məmmədova təzyiqlər davam edir. Təşkilatın üzvü Tofiq Qasımovu 10 gündən artıqdır həbsdə saxlayan yerli icra hakimiyyəti ondan Emin Məmmədovun əleyhinə ifadə alırlar. Tofiq Qasımovu vəkili ilə görüşməyə icazə vermirlər və artıq o, Emin Məmmədovla üzləşmə zamanı onun əleyhinə ifadə verib. Ancaq həmin ifadədən sonra ağlayaraq övladı üçün bunları etdiyinə işarə vurub.
Aprelin 17-də isə Tofiq Qasımov növbəti polis təzyiqi ilə üzləşib. Bu barədə məhbusun yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Tofiq Qasımov Kürdəxanı təcridxanasına çatdırılan kimi ondan özü və Emin Məmmədov əleyhinə ifadə alıblar. Ona görə Tofiq Qasımov hüquq müdafiəçiləri və vəkillə təcili görüş istəyir.
Yerli polislərin qanunsuzluğunun icra hakimiyyətinin başçısı Tahir Kərimovun göstərişi ilə həyata keçirildiyi bildirilir. Səbəb də Demokratiyaya Yardım İctimai Birliyinin rayon büdcəsinin xərclənməsində korrupsiya hallarının baş verməsi ilə bağlı monitorinqi ictimailəşdirməsididir.