Saleh Rüstəmovun ölkədən çıxışına “stop” qoyulub, səbəbi açıqlanmır

Saleh Rüstəmov, Foto: Meydan TV

Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə onun oğlu Sezgin Rüstəmov “Facebook” sosial şəbəkəsində məlumat verib.

Saleh Rüstəmov bacısı qızının yas mərasimi ilə bağlı Azərbaycana gəlib. Bundan sonra ona “stop” qoyulub.

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov Meydan TV-yə deyir ki, o bu haqda məlumatı aeroportda öyrənib. Sərhəd xidmətindən ona çıxışına qadağa qoyulduğunu deyiblər, amma səbəbi barədə heç bir məlumat verməyiblər. Vəkilin sözlərinə görə, onlar Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ediblər.

“Saleh Rüstəmov əfv sərəncamı ilə azadlığa çıxmış adamdır, onun üzərində hansı cinayət işi ola bilər ki? İndi heç bir siyasi fəaliyyəti yoxdur, bizneslə məşğuldur. Son bir ildə bir neçə dəfə Azərbaycana gəlib. İndi də bacısı qızının yasına gəlmişdi”, – deyə vəkil bildirib.

Rüstəmov Rusiya vətəndaşıdır. Ailəsi hazırda Rusiyada yaşayır. 

O, 2019-cu ildə Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaq və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaq ittihamı ilə 7 il 3 ay müddətinə həbs edilib. 2021-ci ildə Rüstəmov həbsinə etiraz olaraq 40 günlük aclıq edib.

2022-ci il may ayında Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Ana səhifəSiyasətSaleh Rüstəmovun ölkədən çıxışına “stop” qoyulub, səbəbi açıqlanmır