Şair Tofiq Həsənli 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Satirik şair Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunaraq 6 il azadlıqdan məhrum olunub

Source:

Vəkil Elçin Sadıqov satirik şair Tofiq Həsənlinin 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Vəkil məhbus şairlə əlaqə saxladığını və onun kəsə salam söylədiyini bildirib: “Tofiq Həsənli dedi ki, gec də olsa söz azadlığına dəstək olan, söz azadlığının önəmini başa düşən dostların keçmiş bayramlarını təbrik edir”.

Şair Tofiq Həsənli 2016-cı ilin oktyabrın 13-də polis tərəfindən saxlanılsa da, ailəsinə məlumat verilməmişdi. Yaxınları onun oğurlandığını güman etmişdilər. Bir neçə gün sonra isə Tofiq Həsənlinin narkotikə görə saxlanıldığı və hazırda Kürdəxanı istintaq təcridxanasında olması haqda rəsmi məlumat yayıldı.

Satirik şair Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunaraq 6 il azadlıqdan məhrum olunub.

Ana səhifəXəbərlərŞair Tofiq Həsənli 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb