Murad Köhnəqala

Mənbə: google.az

Başlıq: Murad Köhnəqala

Şair Murad Köhnəqala həbs olunub

Yazar aliment verməməkdə günahlandırılır

Şair-publisist Murad Köhnəqala həbs olunub. İyunun 12-də Tovuz Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. O, məhkəmə qərarını icra etməməkdə günahlandırılaraq, 15 sutka inzibati həbs cəzası alıb.

İcra olunmayan məhkəmə qərarı isə aliment ödənişi ilə bağlıdır.

M.Köhnəqalanın həyat yoldaşı Şəlalə Göytürkün bildirdiyinə görə, 12 min manat aliment borcu yığıldığı iddia olunur: "İşsiz, gücsüz, himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan adamların - Muradın keçmiş həyat yoldaşı və qızının tələbilə məhkəmə bu cür ədalətsiz qərar verdi. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Murad özünün ağır vəziyyətinə baxmayaraq, daim onlara əl tutub, yardım edib. Rəsmi və qeyri-rəsmi formada..."

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wdhqc2

Ən çox baxılan