Şahzadə Filip

Mənbə: https://twitter.com/RoyalFamily/status/1380475865323212800

Başlıq: Şahzadə Filip

Şahzadə Filip vəfat edib

Məqalə yeniləndi:  9 Aprel 2021

99 yaşlı şahzadənin ölüm səbəbi haqda məlumat verilməyib

İngiltərə kraliçası II Elizabetin əri, şahzadə Filip (Philip Mauntbetten) 99 yaşında vəfat edib. Bu barədə İngiltərə kral ailəsinin mətbuat xidməti “Twitter”də məlumat yayıb.

"Əlahəzrət bu gün səhər Windsor qalasında vəfat etdi", - deyə mətbuat xidməti qeyd edib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.

İki ay sonra, iyunun 10-da şahzadənin 100 yaşı olmalı idi.

Bu il, fevralın 16-da Filipin səhhətində problemlərin yarandığı və xəstəxanaya gətirildiyi haqda məlumatlar yayıldı. Xəstəxanaya yerləşdirilməsinin səbəbinin yeni bir koronavirus infeksiyası ilə əlaqəli olmayan yoluxucu xəstəlik olduğu bildirilib.

Martın 1-də Filip, xroniki ürək xəstəliyi ilə əlaqədar müayinə üçün Müqəddəs Bartolomey Xəstəxanasına köçürülüb. İki gün sonra ürəyindən əməliyyat olunduğu haqda məlumat yayılıb. Martın 16-da isə o, xəstəxanadan çıxıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8lv676

Ən çox baxılan