Şahmar Mövsümova suallar… (Təhlil)

Belə çıxır ki, 30 ton qızıl almaqla Neft Fondu bu günə olan qızıl qiymətlərinə görə 395,7 milyon dollar ziyan edib.

Source:


Belə çıxır ki, 30 ton qızıl almaqla Neft Fondu bu günə olan qızıl qiymətlərinə görə 395,7 milyon dollar ziyan edib.

Azərbaycan Neft Fonduna bu ilin ilk 6 ayında 3,9 mlrd. dollar vəsait daxil olub, 2014-cü ilin eyni dövründə daxil olan vəsaitin həcmi 8,3 mlrd. dollar təşkil edib, yəni daxilolmalar 2,1 DƏFƏ azalıb.

Xatırladım ki, 2014-cü ildə Neft Fondunun ümumi gəlirləri 16,2 milyard dollar təşkil etmişdi. Əgər neftin qiyməti 2015-ci ildə hətta indiki səviyyədə qalsa, Neft Fondunun ilin sonuna gəlirləri 7 – 7,5 mlrd. dollar təşkil edəcək. Bu isə Fondun gəlirlərinin 2 dəfədən çox azalması demək olacaq.

Fondun problemləri tək bununla bitmir. Son məlumatlara görə, Neft Fondunda 30 ton qızıl saxlanılır. Fond qızıl almağa 2012-ci ildə başlayıb və həmin il 10 ton qızıl alıb. 2012-ci ildə qızılın ortalama qiyməti hər unsiya üçün 1.668 dollar olub:

Neft Fondu 2013-cü ildə əlavə olaraq 20 ton qızıl alıb, həmin il qızılın ortalama qiyməti 1.409 dollar olub:

Gələk bu ilə, 2015-ci il iyul ayının 27-də, yəni bu gün dünya bazarında qızılın qiyməti hər unsiya üçün 1085 dollardır. Gəlin indi itkiləri hesablayaq:

1 ton qızıl 32.150 unsiyaya bərabərdir, 2012-ci ildə alınan 10 ton qızıl 321.500 unsiyayadır. 2012-ci ilin ortalama qiyməti 1.668 dollar, bu günə olan qiymət 1085 dollar – fərq 583 dollar, alınan qızılın həcminə vursaq, fərq – 187,4 milyon dollar təşkil edir.

2013-cü ildə qızılın ortalama qiyməti 1.409 dollar olub, bu günə olan fərq – 324 dollar, həmin il alınmış qızıl 20 ton, yəni 643.000 unsiya təşkil edir, alınan qızılın həcminə vursaq, fərq – 208,3 milyon dollar təşkil edir.

Yəni, belə çıxır ki, 30 ton qızıl almaqla Neft Fondu bu günə olan qızıl qiymətlərinə görə 395,7 milyon dollar ziyan edib.

Suallar: Neft Fondu bu günə olan ehtiyatlarını açıqlayarkən qızılı aldığı qiymətlə hesablayır, ya bu günə olan real qiymətlə? Fondun vəsaitinin 5%-ə yaxını rubl və türk lirəsində saxlanılır, bu vaylutaların məzənnəsi son 1 ildə 2 dəfəyə yaxın aşağı düşüb, indi ehtiyatlar hesablananda rubl və lirənin məzənnəsi necə hesablanır, itkilər nəzərə alınırmı? Şahmar müəllim bu suallara cavab versə, yaxşı olar.

Ana səhifəXəbərlərŞahmar Mövsümova suallar… (Təhlil)