Şahin Sultanovun həbsi xəbəri yayıldı

Onun həbsində Yunus Məmmədovun istintaqa verdiyi ifadələri rol oynaya bilər

Source:


Onun həbsində Yunus Məmmədovun istintaqa verdiyi ifadələri rol oynaya bilər

Martın 11-də xidməti uyğunsuzluq maddəsi ilə vəzifəsindən azad olunan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovun aprelin 22-də axşam saatlarında həbs olunub.

Bu barədə adının çəkilməsini istəməyən hərbi ekspert Meydan TV-yə məlumat verib. Şahin Sultanov azad olunandan sonra onu müavini, birinci dərəcəli kapitan  Yunus Məmmədov əvəz etsə də, 20 gün sonra o da həbs edildi.

Bildirilir ki, onun həbsində Yunus Məmmədovun istintaqa ifadələri rol oynaya bilər.

Bu həbslər Zakir Həsənov müdafiə nazir təyin olunduqdan sonra həyata keçirildi. Bildirilirdi ki, HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub.

Xatırladaq ki, Şahin Sultanov Hərbi Dəniz Qüvvələri komandanı olan zaman “İnamla hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov həbs olunmuşdu. Ona qarşı ittihamlar dələduzluq və hədə-qorxu gəlməklə külli miqdarda əmlak tələb etmə maddələri ilə cinayət işi açıldı. Ancaq Bəxtiyar Məmmədov məhkəmədə “Bayraq meydanı”nda evləri sökülən hərbiçiləri müdafiə etdiyi üçün həbs olunub və bu prosesdə Şahin Sultanovun göstərişi xüsusi rol oynayıb.

B.Məmmədov 8 il azadlıqdan məhrum olundu.

Ana səhifəXəbərlərŞahin Sultanovun həbsi xəbəri yayıldı