Şahin Sultanov: İndi də Hərbi Prokurorluğu təmizə çıxarmaq istəyirlər

“Hökmdən apelyasiya şikayəti verəcəyik”

Source:
Şahin Sultanov
Şahin Sultanov
Şahin Sultanov
Şahin Sultanov


“Hökmdən apelyasiya şikayəti verəcəyik”

“Mən məhkəmənin hökmündən raz deyiləm. Hamını yalandan tutub atıblar içəri”.

Bunu məhkəmə prosesi yekunlaşdıqdan sonra jurnalistlərə açıqlamasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov deyib. O, günahsız olduğunu məhkəmədə sübuta yetirdiklərini bildirib:

“İndi də Hərbi Prokurorluğu təmizə çıxarmaq istəyirlər. Biz hər şeyi məhkəməyə sübut etmişik. Bu düzgün qərar deyil. Hökmdən apelyasiya şikayəti verəcəyik. Lazım olsa prezidentə də yazacağıq. Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsinin rəyi də var ki, dövlətə ziyan vurulmayıb”.

Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinirlər. Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Ana səhifəXəbərlərŞahin Sultanov: İndi də Hərbi Prokurorluğu təmizə çıxarmaq istəyirlər