“Sahil” metrosu yaxınlığında binada yanğın (VİDEO)


Bakıda “Sahil”  metrosu yaxınlığında binada yanğın başlayıb.

Əraziyə yanğınsöndürənlər və polis cəlb olunub.

Yanğın Milli parkın yaxınlığında olan binada baş verib.

Ətrafı qatı tüstü bürüyüb. Hazırda əraziyə yanğınsöndürənlər və polis cəlb olunub.

Sakinlərin Meydan TV verdikləri məlumata görə, yanğına səbəb dam örtüklərinin keyfiyyətsiz olmasıdır. Onlar dəfələrlə bu barədə aidiyyatı qurumlara məlumat versələr də onları dinləyən olmayıb.

Artıq yanğın söndürülüb, xəsarət alan isə yoxdur.

Ana səhifəVideo“Sahil” metrosu yaxınlığında binada yanğın (VİDEO)