Sahil Babayev maliyyə naziri təyin olunub

Sahil Babayev – Foto: AZTV

O, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə o, maliyyə naziri təyin olunub.

2006-cı ildən maliyyə naziri işləmiş Samir Şərifov 2025-ci il yanvarın 10-da vəzifəsindən azad edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ilin aprel ayında bu vəzifəyə təyin olunub.

Sahil Babayev nazir vəzifəsinə təyin olunduqdan sonra Azərbaycanda əlilliyə görə pensiya alanların sayı sürətlə azalmağa başlayıb.

Ana səhifəSiyasətSahil Babayev maliyyə naziri təyin olunub