Şahidlər öldürülən bələdiyyə sədrinə pul verdiklərini deyir

”Fədail Hüseynovla Vəsilə Əbilhəsənova arasında torpaq üstündə mübahisə düşmüşdü”

Source:
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənova
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənova
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənova
Vəfadar Əbilhəsənov və Vəsilə Əbilhəsənova


”Fədail Hüseynovla Vəsilə Əbilhəsənova arasında torpaq üstündə mübahisə düşmüşdü”


“Vəsilə Əbilhəsənovaya 98 sot torpaq üçün hissə-hissə 56 min manat pul vermişəm. Lakin indiyədək mənə heç bir torpaq sahəsi verilməyib”.

Bunu məhkəmədə şahid qismində dindirilən Zakir Məmmədov deyib.

Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədrini və onun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun növbəti məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribov sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.

Şahid Məhid Əsədov ifadəsində bildirib ki, Saray bələdiyyəsinin sədrinin müavini işləyib: “Mən Fədail Hüseynovu tanıyırdım. Lakin onunla zərərçəkənlər arasında hər hansı mübahisənin şahidi olmamışam”.

Bələdiyyədə sürücüsü işləyən Paşa Əhmədov da oxşar ifadə verib.

Fədail Hüseynovun dostu Elvin Əliyev isə ifadəsində bildirib ki, Vəsilə Əbilhəsənova ilə təqsirləndirilən şəxsin arasında torpaq üstündə mübahisə olub: “Biz ona 15 min manat pul vermişdik. Mübahisə də buna görə baş vermişdi”.

Şahid Alim Yaqubov isə Fədail Hüseynovla birlikdə Vəsilə Əbilhəsənovaya torpaq almaq üçün pul verdiyini deyib.

Məhkəmə prosesi avqustun 16-da davam edəcək.

Ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V.Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. O, saxlanılaraq istintaqa təhvil verilib.

Ana səhifəXəbərlərŞahidlər öldürülən bələdiyyə sədrinə pul verdiklərini deyir