Şahidlər Faiq Əmirlinin məhkəməsinə məcburi gətiriləcək

Şahidlər prosesə qatılmırlar

Source:
Faiq Amirov
Faiq Amirov


Şahidlər prosesə qatılmırlar

İyunun 22-də Səbail Rayon Məhkəməsində “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə bir neçə şahidin iclasa dəfələrlə çağırıldıqları, lakin məhkəməyə gəlmədikləri məlum olub. Hakim həmin şahidlərin barələrində məcburi gətirilmə haqqında qərar qəbul edib. Növbəti məhkəmə iclası iyulun 3-də keçiriləcək.

F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.

Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitabların tapıldığı deyilir. Lakin F. Əmirli ittihamları rədd edir və saxta adlandırır. O, həm də AXCP sədrinin köməkçisidir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifəXəbərlərŞahidlər Faiq Əmirlinin məhkəməsinə məcburi gətiriləcək