Şahid: Şərt qoyuldu ki, məbləğin 35 faizini onlara verim

“Vidadi Zeynalov dedi ki, təmir-tikinti işlərinin bir hissəsini mənə həvalə edəcək”

Source:


“Vidadi Zeynalov dedi ki, təmir-tikinti işlərinin bir hissəsini mənə həvalə edəcək”

Fevralın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahid qismində ifadə verən Emil İbrahimov deyib ki, “Elor-İC” MMC-nin rəhbəri olub. O, istinaqa verdiyi ifadəsini təsdiq edib. Budan sonra onun istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadədə şahid bildirib ki, bir dəfə keçmiş nazir Əli Abbasovun qəbulunda olub. Nazirdən əməkdaşlıqla bağlı xahiş edib. Ə.Abbasov onu Vidadi Zeynalovun yanına göndərib. Vidadi Zeynalov isə ona deyib ki, nazirliyin qurumlarında aparılacaq təmir-tikinti işlərinin bir hissəsini ona həvalə edəcək. Bir müddət sonra İbrahimov “Azərpoçt” MMC-nin təmir-tikinti işlərinə nəzarət edən Abdulla Qeybullayevlə görüşüb və ona Göyçay Poçt Filialının 3 şöbə binasının tikilməsi tapşırılıb. Tikintilər üçün keçirilən “kodirovka” sorğusunda onun təşkilatı formal olaraq qalib olub:” Mənə şərt qoyuldu ki, tikinti üçün ayrılan vəsaitdən ƏDV çıxılmaqla, ümumi məbləğin 35 faizini onlara nağd şəkildə verim. Mən də, dediklərini etdim”.

Daha sonra ifadə verən Mirbaba Babayev Yasamal Telefon Qovşağının rəisi vəzifəsində işlədiyini deyib. Onun da istintaq zamanı verdiyi ifadə elan edilib. Həmin ifadədə M. Babayev qovşaqda keçirilən “kodirovka” sorğularının formal keçirildiyini deyib. Bildirib ki, həmin tenderlərdə Beytulla Hüseynovun özünə və tanışı Bayram Vəliyevə məxsus tikinti şirkətləri əvvəlcədən qalib elan olunub.

Məhkəmə iclası fevralın 3-də davam etdiriləcək.

Ana səhifəXəbərlərŞahid: Şərt qoyuldu ki, məbləğin 35 faizini onlara verim