Şahid Məmməd İbrahimin məhkəməsinə gəlmədi

“Hakim zərərçəkmiş Mikayıl Quliyevə başından xəsarət yetirildiyi haqqında rəy vermiş eksperti nməhkəməyə dəvət etməyə razılaşdı”

Source:
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


“Hakim zərərçəkmiş Mikayıl Quliyevə başından xəsarət yetirildiyi haqqında rəy vermiş eksperti nməhkəməyə dəvət etməyə razılaşdı”

Fevralın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə AXCP sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə növbəti iclas keçirilib.

Proses barədə Meydan TV-ni məlumatlandıran vəkil Yalçın İmanov bildirib ki, iclasda ittiham tərəfin sonuncu şahidi Anar İsmayılov çıxış edəcəkdi, amma o, bu dəfə də məhkəməyə gəlməyib.

Vəkil qaldırdığı 6 vəsatətdən yalnız birinin təmin olunduğunu söyləyib: “Hakim zərərçəkmiş Mikayıl Quliyevə başından xəsarət yetirildiyi haqqında rəy vermiş eksperti nməhkəməyə dəvət etməyə razılaşdı”.

Məmməd İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq (Cinayət Məcəlləsinin 221.1 maddəsi) ittihamı ilə həbs edilib. Onun haqqında şikayəti keçmiş sabiq AXCP üzvü Mikayıl Quliyev verib. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyə tövsif edilib ki, həmin maddə ilə Məmməd İbrahimi 5 ilədək həbs cəzası gözləyir.

Ana səhifəXəbərlərŞahid Məmməd İbrahimin məhkəməsinə gəlmədi