Mənzil təmiri adıyla 708 min manat kredit verilib
Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bank” ASC-nin idarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin işi üzrə məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda Cahangir Hacıyevin vəkili Fəxrdəddin Mehdiyev vəsatətlə çıxış edib. O, “Beynəlxalq Bank”ın layihələri ilə bağlı girov sazişlərinin bankdan alınaraq məhkəməyə təqdim edilməsini istəyib. Daha sonra vəkil bildirib ki, “Beynəlxalq Bank”la bağlı 2008-2014-cü illər arasında Vergilər Nazirliyində açılmış cinayət işinə yoxlamalardan sonra cinayət işinə xitam verilib. O, həmin sənədlərin məhkəməyə təqdim edilməsini istəyib. Vəkil həmçinin “Beynəlxalq Bank”la “Aqrarkredit” QSC arasında imzalanmış çoxtərləfli sazişin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb. Hakim bildirib ki, vəsatətlər şahidlərin dinidirilməsindən sonra müzakirə ediləcək.
İclasda “İnter Tekstil” fabrikinin əməkdaşı olan Zahid Bağırov şahid qismində ifiadə verərək bildirib ki, rəhbərlikdən ona baş ofisə gedərək, sənədlərə qol çəkmək tapışırılıb: “İşlə bağlı sənədə qol çəkdiyimi fikirləşdirdim. Mən 250 manat maaş alırdım. Sonra da işdən çıxdım. Heç bir işdən də xəbərin yoxdur. Rəhbərliyin kim olduğunu dəqiq bilmirəm. Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə şirkətin müdiri olan Şakir Xəlilov verib”.
Digər ifadə verən Samir Əliyev təqsirləndirilənlərdən Bakı Fındıq Emalı Zavodunun sabiq direktoru Azad Cavadovun bacanağı olduğunu və onun şirkətində işlədiyini deyib.
O, 2011-ci ildə Azad Cavadov tərəfindən banka gedərək sənədlərin imzalanması üçün göstəriş aldığını deyib: “Kredit götürüləcəkdi. Bu pul zavod üçün götürülürdü. Məbləğ 780 min 700 manat idi. İmzaladım və götürüldü”.
Prokuror Fərid Nağıyev isə bildirib ki, kredit müqaviləsində bu kreditin təyinatı mənzil təmiri üçün göstərilib və həmin kredit üzrə 708 min əsas, 92 min isə faiz borcu var. Samir Əliyev isə bundan məlumatlı olmadığını və həmin məbləği müəssisənin borclarının ödənilməsi üçün alınmasından xəbərdar olduğunu söyləyib.
Azad Cavadovun dostu Emin Nəbiyev də oxşar ifadə verib. O, da deyib ki, Azad Cavadovun tapşırığı ilə adına 700 min kredit götürülüb. Prokuror qeyd edib ki, həmin kreditin götürülməsində məqsəd Lənkəranda istirahət mərkəzinin tikilməsi göstərilib. Lakin şahid bundan xəbərsiz olduğunu deyib.
Azad Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova isə ifadəsində bildirib ki, 2011-ci iləd Azad Cavadov ona zəng edərək bankın “Nərimanov” filialında sənədlərə qol çəkməsini xahiş edib. Kreditin məbləği isə 750 min manat olub. Nailə Həsənova həmin kreditlə bağlı ona heç vaxt zəng edilmədiyini söyləyib. Prokuror həmin kredit üzrə 677 min əsas borc, 88 min isə faiz borcu qalır.
“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov ifadəsində 2014-cü ildə şirkətin mühafizəçilərinin ona yaxınlaşaraq kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər. Onlar Şakir Məmmədova deyiblər ki, baklardan kredit götürmək istəyərkən öz adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər: “Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim. Bu məsələ ilə bağlı işlər görülürdü”.
Şirkətin digər direktor müavini Valid Abdullayev ifadəsində mühafizəçilərin onun tərəfindən banklara yönləndirildiyini təsdiqləyib və bunu şirkətin direktoru, təqsirləndirilən İbrahim Hüseynovun göstərişi ilə etdiyini bildirib.
Şirkətin əməkdaşı olmuş şahid Rahib Hacıyev deyib ki, onun adına 440 min kredit götürülüb və 2013-cü ildən ödənilib.
Şirkətin digər əməkdaşları Zaur Hüseynov, Şaiq Mahmudov, Xaqani Axundov, Anar Babayev, Rasim Hacıyev, Müşviq Mahmudov da oxşar ifadə veriblər.
Şirkətin işçilərindən Nəsibov ifadəsində sənədləri imzalasa da, bunun kredit müqaviləsi üçün edildiyini bilmədiyini qeyd edib: Öz adıma 4 min manat kredit götürmək istəyən zaman bankdan mənə bildirdilər ki, 1 milyon 250 min manat kredit borcum var”.
İclasda şahid qismində ifadə verən “Beynəlxalq Bank”ın “Nərimanov” filialının baş xəzinadarı İradə Cəfərova bildirib ki, şirkətin əməkdaşları gəlib kredit müqavilələrinə qol çəkiblər. Daha sonra baş ofisdən pul götürülərək həmin şəxslərə verilib. Prokuror pulları kimin götürdüyün soruşub. İradə Cəfərova da həmin şəxslərin özlərinin gəlib, imza atdığını və pulu götürdüklərini deyib. Daha sonra “Nərimanov” filialının marketinq şöbəsinin müdri Qalib Rzayev dindirilib. O bildirib ki, həmin vaxt filialın direktoru olmadığı üçün 8 kreditin verilməsinə qol çəkib: “Həmin şəxslərin özləri gəlib, filialda qol çəkiblər”.
Məhkəmə prosesi sentyabrın 2-də davam etdiriləcək.