Sahibkarlar arasındakı konflikt çözülmür

Nazim Məmmədov: “Prokurorluğun, Daxili İşlər Nazirliyinin hərəkətsizliyindən məhkəməyə müraciət etmişəm”

Source:


Nazim Məmmədov: “Prokurorluğun, Daxili İşlər Nazirliyinin hərəkətsizliyindən məhkəməyə müraciət etmişəm”

Baş Prokurorluq keçmiş

millət vəkili Nazim Məmmədovun sosial şəbəkələrdə “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədova xəsarət yetirilməsi ilə bağlı çağırış etməsi məsələsinə aydınlıq gətirib. Bu haqda qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA informasiya agentliyinə münasibət bildirib. Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə N. Məmmədov “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edib. Bundan sonra sosial şəbəkələrdə şirkət rəhbərinə xəsarət yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı şəhər Prokurorluğuna tapşırıqlar verilib.

Keçmiş millət vəkili Nazim Məmmədov Meydan TV-yə açıqlamasında məsələyə aydınlıq gətirib: “Əslində Rasim Məmmədovla münaqişəmiz 2012-ci ilin yayından başlayıb. Metal istehsalçılarına, mənim də təsisçisi olduğum müəssisəyə qoçu dəstələri göndərib. 2014-cü ildə həmin dəstə mənə qarşı soyğunçuluq edib. Mobil telefonumu götürüblər. Baş Prokurorluğa dəfələrlə müraciət etmişəm, eləcə də Binəqədi rayon prokurorluğuna, polis idarələrinə. Ancaq süründürməçilik edirlər. Rasim Məmmədov qanunları heçə sayır”.

Bundan sonra keçmiş millət vəkili məhkəməyə müraciət edib. Onun sözlərinə görə, Rasim Məmmədov bəzi saytlarda onun şərəf və ləyaqətini aşağılayan məqalələr dərc etdirir. Eyni zamanda “Baku Steel Company”ni də məhkəməyə verən keçmiş millət vəkili Ali Məhkəməyə müraciət edəcəklərini deyib: “Bizə zəng edib xəbərdar edirlər ki, guya iş gedir. Bu məsələ barədə baş prokurora da müraciət etmişəm. Prokurorluğun, Daxili İşlər Nazirliyinin hərəkətsizliyindən məhkəməyə müraciət etmişəm. Rasim Məmmədov və onun arxasında duranları Azərbaycanın biznes mühiti və iqtisadi mühiti maraqlandırmır. Mənimlə bağlı yazdıqları ancaq şantaj yoludu. Ümid edək ki, prokurorluq bu işləri tam aydınlaşdıracaq”.

Ana səhifəXəbərlərSahibkarlar arasındakı konflikt çözülmür