"Diqlas" ticarət mərkəzində yanğın

Mənbə: Meydan.TV

Başlıq: "Diqlas" ticarət mərkəzində yanğın

“Sahibkar Londonda yatır, buradakıların da ürəyi yanır”

Məqalə yeniləndi:  28 Mart 2019

“Sahibkar Londonda yatır, buradakıların da ürəyi yanır”

Bu gün, martın 27-də mağazaları yanan sahibkarlar aksiya keçiriblər. Sahibkarlar onlara dəyən ziyanın ödənilməsini tələb ediblər. Zərərçəkənləri Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımov qəbul edib.

“Getdik qəbula, deyir sahibkarlarla saat 4-də görüş olacaq. Amma ortalıqda heç nə yoxdur. Başımızın altına yastıq qoyurlar. Sahibkar Londonda yatır, buradakıların da ürəyi yanır. Mənə lazımdır? Sahibkar gəzir, kef edir, mən acımdan ölürəm. Oğlum da deyir ki, ata şar al. Mənim də pulum yoxdur almağa”, - dükan sahibi deyir.

Sahibkarlar daha sonra «Diqlas» Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov açıq havada görüşüb: «Siz bizə dəstək olun, biz sizə. Kiminsə malı yanıbsa, mənim də evim yanıb. Gedib sahibkarlarla görüşəcəm, görüm onlar nə deyir. Mənə vaxt verin. Təmir edilsin. Camaat işləyib ziyanını çıxartsın. Nisyə mal qoyub satarlar. Bu müddət ərzində icarə haqqı alınmasın...».

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/srgv9n

Ən çox baxılan