Sahibkar-deputat: ”Unun qiyməti 1 il qalxmayacaq”

Əsabil Qasımov onu da bildirib ki, hazırda regionda ən ucuz çörək və un Azərbaycanda satılmaqdadır

Source:


Əsabil Qasımov onu da bildirib ki, hazırda regionda ən ucuz çörək və un Azərbaycanda satılmaqdadır

“Azərbaycanda unun qiyməti minimum 1 il müddətində qalxmayacaq”. Bu açıqlamanı Modern.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin – “Karat Holdinq” MMC-nin sahibi Əsabil Qasımovla verib.

Ə.Qasımov bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub ki, bu da çox vacib qərardır.

“Ən azı bir il müddətinə çörəyin və unun bahalaşması sıfıra bərabərdir”-deyə Əsabil Qasımov vurğulayıb.

Deputat onu da bildirib ki, hazırda regionda ən ucuz çörək və un Azərbaycanda satılmaqdadır.

Ana səhifəXəbərlərSahibkar-deputat: ”Unun qiyməti 1 il qalxmayacaq”