Sahibkar atasının qəbri üstündə özünü güllələyib

Mirələm İsmayılov iki uşaq atası olub, biyan kökü toplamaq biznesilə məşğul olurmuş

Source:


Mirələm İsmayılov iki uşaq atası olub, biyan kökü toplamaq biznesilə məşğul olurmuş

Azərbaycanda sahibkar atasının qəbri üstündə özünü güllələyib. “Report” xəbər verir ki, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirstanlığında atasının məzarı başında özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.

M.İsmayılov iki uşaq atası olub. O, biyan kökü toplamaq biznesilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərSahibkar atasının qəbri üstündə özünü güllələyib