Sahələrdən 162 min tona yaxın pambıq toplanıb

Ekspertlər dövlətin pambıq siyasətinin ətin qiymətinin bahalaşmasına səbəb olduğunu söyləyir

Foto: arxiv
Pambıq yığımı, foto: AFP
Pambıq yığımı, foto: AFP


Ekspertlər dövlətin pambıq siyasətinin ətin qiymətinin bahalaşmasına səbəb olduğunu söyləyir

Noyabrın 4-dək ölkə üzrə 161 min 416,23 ton pambıq tədarük olunub. Ötən gün qəbul məntəqələrinə 2736,71 ton pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsindən “AzərTAC”-a

bildiriblər ki,

ən çox pambıq tədarük edən rayonlar Saatlı (22440,50 ton), Biləsuvar (20110,48 ton), Bərdə (16237,70 ton), Ağcabədi (15314,90) və Sabirabaddır (14570,66 ton).

2017-ci il 136.3 min hektar sahədə pambıq əkilib. Bu, son 4 ildə əkiləndən (116 min ha) çoxdur. Pambıq sahələri, əsasən, dövlət torpaqları hesabına artırılıb. Yığımın yubanmaması və əl əməyinin azaldılmasından ötrü bu il 140 pambıqyığan kombayn alınıb.

Müstəqil ekspertlər pambıq əkininin ətin qiymətinin artmasına səbəb olduğunu deyirlər. Onlar örüş sahələrində pambıq əkildiyindən, insanlara mal-heyvan yemini almağın baha başa gəldiyini, buna görə də heyvandarlığın zəiflədiyini söyləyirlər.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli də bu fikirdədir. Deyir, hökumətin “pambıq sevdası” ət qiymətlərinin 15 faiz artmasına səbəb olub:

“Yeni ilqabağı qiymətlər daha 10-15 faiz artacaq. “Pambıq hekayəsi” vətəndaşın cibinə ət qiymətləri ilə ziyan vurub”.

Üstəlik, Natiq Cəfərli pambıq əkininin vətəndaşa bir xeyrinin olmadığını da deyir. Xatırladır ki, 2004-cü ildə Azərbaycanda 196 min ton pambıq yığılmışdı:

“Bunun büdcəyə, vətəndaşa və ya dövlətə xeyrini hiss etmişdinizmi? Həmin 196 min ton pambığın nə büdcənin qazanc hissəsində, nə ixracatda, nə də gömrük gəlirlərində ciddi yeri oldu”.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Ölkə başçısı bu ilki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anolojii göstəricisindən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilib.

Ana səhifəXəbərlərSahələrdən 162 min tona yaxın pambıq toplanıb