Sahə rəisi ölüm faktını təsdiqlədi

Onlarla neftçinin yaxını narazı şəkildə xəbər gözləyir

Source:


Onlarla neftçinin yaxını narazı şəkildə xəbər gözləyir

SOCAR-ın sahə rəisi  Köçərli Abbasov  Ramiz Həsənov adlı neftçinin öldüyünü təsdiqləyib.

Dekabrın 4-də SOCAR-ın “Günəşli” yatağında baş vermiş partlayışda yaralananların bir qismi hazırda Neftçilər Xəstəxanasındadır. Meydan Tv-nin xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə,  hadisədən sağ çıxan və adını açıqlamayan neftçilərdən biri iş yoldaşı Əyyub Əliyevin yaxınlarına onun öldüyünü deyib. Lakin SOCAR sözcüsü Köçərli Abbasov bu məlumatı təsdiqləməyib: “Əliyev Əyyubun öldüynə dair əlimizdə məlumat yoxdur. Onun axtarışları davam edir. Rəsmi olaraq, yalnız Ramiz Həsənovun öldüyünü deyə bilərəm”.  Hazırda onlarla  neftçinin yaxınları narazı şəkildə  Neftçilər Xəstəxanasında xəbər gözləyir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağında yanğın baş verib. Yanğın baş verən özüldən 32 nəfər xilas edilib, 30 nəfər isə itkin düşüb.

Ana səhifəXəbərlərSahə rəisi ölüm faktını təsdiqlədi