İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb.
Apa-nın məlumatına görə, Şahdağ Milli Parkı ərazisində başlayan yanğın getdikcə geniş ərazini əhatə edib.
Bildirilir ki, yanğın yüksək dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq çətinləşib. Əraziyə FHN-nin Aviasiya dəstəsinin iki helikopteri də cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.