”Şahdağ”da əsasən ərəblər istirahət edib

Xarici turistlərin 80 faizindən çoxu isə BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ərəb ölkələrindən gəlib

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Xarici turistlərin 80 faizindən çoxu isə BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ərəb ölkələrindən gəlib

Yayda “Şahdağ” Turizm Mərkəzində istirahət edənlərin çoxu ərəb ölkələrindən olan turistlər olub. Bu barədə məlumatı “Şahdağ” Turizm Mərkəzindən veriblər.

“Turan” yazır ki, “Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 27-dən etibarən yay mövsümünü bağlı elan edib.

Mərkəzdən bildiriblər ki, bu yay ora 30 000-dən çox adam gəlib. Onlardan 50 faizi xarici ölkələrdən olan turistlərdir.

Xarici turistlərin 80 faizindən çoxu isə BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ərəb ölkələrindən gəlib.

Fars körfəzi ölkələri üçün viza proseduru sadələşdirildiyindən ölkədə ərəb turistlərin sayı artıb. Fars körfəzi ölkələrindən Azərbaycana 25 min, o cümlədən İraqdan 11 min 28, BƏƏ-dən 10 min 86 nəfər gəlib.

Ana səhifəXəbərlər”Şahdağ”da əsasən ərəblər istirahət edib