“Şahdağ Turizm Mərkəzi” ötən ili zərərlə işləyib

“Şahdağ Turizm Mərkəzi”. Foto: “shahdag.az”

Şirkətin ümimi zərəri ümumi zərəri 97 milyon 177 min manata yüksəlib

Azərbaycanın ilk və ən böyük dağ-xizək kurort kompleksi “Şahdağ Turizm Mərkəzi” QSC ötən ili zərərlə başa vurub.  Dövlət Turizm Agentliyinə məxsus  QSC-nin maliyyə hesabatında belə deyilir.

Bildirilir ki, 2022-ci ildə kompleksin xalis zərəri 8 milyon 688 min manat olub. Bu, əvvəlki illə müqayisədə 2 milyon 344 min manat çoxdur. Belə ki, şirkət 2021-ci ili 6 milyon 344 min manat xalis zərər ilə başa vurmuşdu.

Hesabatdan görünür ki, əvvəlki ilin zərəri də daxil olmaqla “Şahdağ Turizm Mərkəzi” ümumi zərəri 97 milyon 177 min manata yüksəlib.

Maliyyə hesabatlarına əsasən, şirkətin satış və xidmətlərdən gəliri 9 milyon 608 min manat olub. 2021-ci ildə isə bu rəqəm 6 milyon 147 min manat idi. Dövlət büdcəsindən subsidiya isə 12 milyon 77 min manat təşkil edib. 2021-ci ildə subsidiya bir qədər artıq, 13 milyon 980 min manat olub. Yəni, şirkət büdcədən subsidiyaları azaldaraq öz gəlirlərini artırıb. Ümumilikdə ötən il “Şahdağ Turizm Mərkəzi” 784 min manat gəlir əldə edib (2021-ci ildə 1 milyon 273 min manat).

2022-ci ilin 31 dekabr tarixinə olan statistikaya görə, “Şahdağ Turizm Mərkəzi” 302 milyon 204 min manat cəmi aktivlərə malik olub. Bir il öncə isə bu rəqəm 312 milyon 5 min manat təşkil edib.

2022-ci ildə şirkətin cəmi gəlirləri 22 milyon 469 min manat, cəmi xərcləri 31 milyon 156 min manat olub. 2021-ci ildə “Şahdağ Turizm Mərkəzi”nin cəmi gəlirləri 21 milyon 400 min manat, cəmi xərcləri 27 milyon 744 min manat idi.

Ana səhifəSosial“Şahdağ Turizm Mərkəzi” ötən ili zərərlə işləyib