''Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində ödədiyim 4500 manat qaytarıldı''
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun mənimsənilən 4500 manatı qaytarılıb.
Bu barədə Şahbaz Xuduoğlu özü Meydan TV-yə məlumat verib.
Direktor deyib ki, 1 il əvvəl 2 gənc nəşriyyatın saytını yığmaq haqda müraciətlərinə müsbət cavab verdilər və onlara istənilən vəsait ödənilsə də, heç bir xəbər çıxmadı:
“Ona görə mən Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi təqim etdim, yalnız hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində ödədiyim 4500 manat qaytarıldı. Bu hadisə bir müddət əvvəl baş verib”.