17.55. “Yağış nəticəsində yol sürüşkən olub, qəza da buna görə baş verib. Maşın döngədə dərəyə aşıb”.
Bunu
APA
-ya açıqlamasında millət vəkili
Sabir Rüstəmxanlı
qardaşı Şahbaz Xuduoğlunun ailəsinin qəza keçirməsi barədə danışarkən deyib.
S. Rüstəmxanlı bildirib ki, qəza nəticəsində Ş. Xuduoğlu da xəsarət alıb: “Biz rayondan yas məclisindən qayıdırdıq. Maşında 5 nəfər olub. Müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Hələ ki, hadisə ilə bağlı dəqiqləşdirmələr aparırıq”.
Naşir Şahbaz Xuduoğlu Yardımlıdan yas mərasimindən qayıdarkən qəzaya düşüb və həyat yoldaşı Könül xanım dünyasını dəyişib
Bu dəqiqələrdə həmkarımız, tanınmış naşir Şahbaz Xuduoğlunun ağır qəza keçirdiyi xəbəri daxil olub. Axar.az xəbər verir ki, Şahbaz Xuduoğlu Yardımlıdan yas mərasimindən qayıdarkən qəzaya düşüb və həyat yoldaşı Könül Rüstəmxanlı dünyasını dəyişib.
Hazırda mərhumə Bakıya gətirilir.
Qəza zamanı yaralanan bacısı İlahə isə xəstəxanaya çatdırılıb. Onun durumunun ağır olduğu bildirilir.
Ş.Xuduoğlunun həyat yoldaşı Tənzilə Rüstəmxanlının bacısıdır.