“Stullar” tamaşası

Mənbə: Şah Mat Teatrı

Başlıq: “Stullar” tamaşası

“Şah Mat” 18 aylıq fasilədən sonra “Stullar”la qayıdır

Tamaşa 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub

Müstəqil “Şah Mat” Teatrı pandemiyadan - 18 aylıq fasilədən sonra Ejen İonsekonun “Stullar” tamaşasını göstərəcək.

Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

Tamaşa oktyabrın 7-də saat 19.00-da “Salaam Cinema Baku”da təqdim ediləcək.

Absurd üslubunda olan tamaşada Mir Qabil Əkbərov və Fərid Vəliyev oynayacaq.

Tamaşa 16 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulub.

Akademik Opera və Balet Teatrında isə oktyabrın 9-da rus bəstəkarı Aleksandr Borodinin “Qıpçaq rəqsləri” baletinin premyerası keçiriləcək.

Həmin axşam daha bir tamaşa - N.Rimski-Korsakovun “Şəhrizad” baleti nümayiş olunacaq.

Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa edəcəklər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artisti Samir Səmədovdur.

Musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılovdur.

Oktyabrın 1-dən Azərbaycanda ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə konsert zalları, kinoteatr və teatrların fəaliyyəti bərpa edilib.

Ölkədə bir çox mədəniyyət obyektləri 2020-ci il martın 14-dən COVİD-19 pandemiyası ilə əlaqədar bağlanmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cg0d8y

Ən çox baxılan