Sadə və təvazökar qol saatı

Sadə və təvazökar prezident tapmısınız, sağdan da döşəyirsiniz, soldan da.

Source:


“Saatlar zamanı göstərmək üçün əlverişli vasitədir”

Heydər Əliyev

Deməli bu gün mətbuatda Polşanın nəqliyyat naziri Sławomir Nowak’ın vergi bəyannaməsində 6600 dollarlıq qol saatı barədə məlumat vermәyi unutduğu üçün istefaya göndәrilməsi haqqında xəbər oxudum.

Yadıma İlham Əliyevlə bağlı məşhur “saat qalmaqalı” düşdü. Keçən il aprel ayında, bloqqer Vəfa Cəfərova öz bloqunda, İlham Əliyevin məşhur “Blancpain” markalı qol saatı taxdığını və o saatın da qiymətinin 800 min dollar olduğunu yazmışdı. Yazını

buradan

oxuya bilərsiniz.

Daha sonra bu barədə son günlər başı bəlalı olan “Azadlıq” qəzeti də xəbər hazırlamışdı. Bundan sonra Prezident Administrasiyası bu xəbərə rəsmi münasibət bildirərək, “Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir” deyə açıqlama vermişdi. Həmçinin “Azadlıq” qəzetinə təkzib verməklə əlaqədar, 3 gün vaxt qoymuşdu. “Azadlıq” qəzeti də öz növbəsində təəssüfünü ifadə etmişdi.

Amma elə keçən ilin mart ayında, Rusiyada məşhur saat jurnallarından biri olan “Chronoscope” “Diktatorların saatları” adlı məqalə

dərc edib

. Həmin məqalədə İlham Əliyevin Patek Philippe Grand Complications

5270G-001

markalı saat taxdığı qeyd olunub. Saatın qiymətini araşdıranda isə məlum olur ki, ildə 180 min AZN maaş alan sadə və təvazökar prezidentimiz 176 min 300 dollar

dəyərində

saat taxır.

Odur ki, cənablar xahiş edirəm 3 uşaq saxlayan, 180 min azn maaş alıb, 176 min dollarlıq saat taxan, sadə və təvazökar prezidentimizə şər atmayın. Polşa Azərbaycan arasında 3 saat fərq var, onlar bizdən 3 saat geri qalırlar. Bu cür geridəqalmış ölkədə hansısa nazir, nəyisə unudub, istefaya göndərilir deyə, bu boyda başı-bəlalı ölkənin prezidenti də istefayamı getməlidir?

Nəqliyyat naziri Ziya Məmmədovun bahalı saat taxması haqda sübutunuz varsa, buyurun qoyun ortaya, istefa versin. Yoxdursa, susun! Sadə və təvazökar prezident tapmısınız, sağdan da döşəyirsiniz, soldan da.

Ana səhifəMənim FikrimcəSadə və təvazökar qol saatı