Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirilib

Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəyə tövsif edilib

Source:
Saday Şəkərli
Saday Şəkərli


Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəyə tövsif edilib

Avqustun 3-də Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəyə tövsif edilib. Onun cəzası 10 ildən, 5 ilə endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.


O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ana səhifəXəbərlərSaday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirilib