”Saçını da yolsan, özünü yerə də vursan çıxmalısan”

Qazax rayonu Çaylı kənd sakini İlham Civişov, artıq 4-5 ildir ki, qanuni mülkiyyətində olan çayxanadan istifadə etməkdə problemlərlə üzləşir. Qarabağ veteranı olan İlham Civişov deyir ki, ailəsini bu çayxana ilə dolandırır.

“Başqa dolanışıq yerimiz yoxdur, indi də icra məmurları gəlib deyir ki, çıxın, obyekt başqasınındır”.

Şikayətçi İlham Civisov onlara məxsus olan obyektin zorla əllərindən alındığını bildirir. Onun sözlərinə görə, 2013-cü ildə notarial qaydada obyekt onun adına keçirilib, amma bir müddət keçəndən sonra icra məmurları gəlib ki, obyekti boşaldın:

“Mən 13 min dollar pul qarşılığında bu obyekti almışam, indi gətirib pulumu versinlər, mən də çıxım obyektdən.

Mən üzümü cənab prezidentə tutub xahiş edirəm, bizə kömək etsin . Ailəmizin yeganə qazanc yerini bizim əlimizdən almasınlar”.

Meydan TV məsələ ilə bağlı Qazax rayon Məhləməsi ilə əlaqə saxlayıb. Lakin məhkəmədən məsələ ilə bağlı məlumat vermək istəməyiblər.

Ana səhifəVideo”Saçını da yolsan, özünü yerə də vursan çıxmalısan”