Sabunçu bazarında yanğın baş verib

Ticarətçilərə ciddi ziyan dəydiyi bildirilir

Source:

Avqustun 6-da axşam saatlarında Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzində yanğın baş verib. Sabunçu bazarındakı yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması göstərilir. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəsmisinin “Report”a verdiyi məlumata görə, hazırda yanğının qarşısı alınıb. Bazar ərazisindəki 4 kafe və 2 mağazanın yandığı deyilir. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəydiyi bildirilir. Belə ki, mağazalardakı əşyalar yanaraq külə dönüb.

Ana səhifəXəbərlərSabunçu bazarında yanğın baş verib